XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 13:48

Misir prezidenti Mursinin edamından danışdı: «Bizi öldürənlərin ölümünü təxirə salmayacağıq»

mursi_1.jpg

Misirin devrilmiş prezidenti Məhəmməd Mursi ən qısa zamanda edam olunacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Misirdə sui-qəsd nəticəsində dünyasını dəyişən Baş prokuror Hişam Bərəkətin dəfninə qatılan ölkə prezidenti Əbdülfəttah əl-Sisi deyib: «Bizi öldürənlərin ölümünü təxirə salmayacağıq. Mursi ən qısa zamanda edam ediləcək. Mursi və tərəfdarlarını Misir məhkəməsinin ədalətinə həvalə etmişik».

Dəfn mərasiminə qatılanlar Mursinin portretini yandıraraq şüarlar səsləndiriblər. Xatırladaq ki, Hişam Bərəkət Məhəmməd Mursinin işini Misir tarixinin ən böyük casusluq işi adlandırmışdı. İddialara görə, Baş prokurora sui-qəsd məhz Mursi amili ilə bağlıdır.

Strateq.az