XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2015 - 13:51

İrandan növbəti nüvə təhdidi

ruhani iran.jpg

İran prezidenti Həsən Ruhanidən növbəti dəfə təhdid dolu açıqlama gəlib. Ruhani bildirib ki, qarşı tərəf nüvə danışıqları ilə bağlı imzalanan sazişin hansısa bəndinə əməl etməsə, İran yenidən nüvə çalışmalarına başlayacaq.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ruhani bu açıqlama ilə Tehranda jurnalistlərə verdiyi iftar yeməyində çıxış edib. Prezident İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında Vyanada keçirilən müzakirələrdə anlaşmaya varılacağını da istisna etməyib:«Problemlərin əksəriyyəti həllini tapıb. Yerdə qalan digər ixtilaflı məsələlərlə də bağlı uzlaşma ola bilər. Onlar anlaşmaya sadiq qalsalar, biz də qalacağıq. Əksi baş versə, nüvə proqramı ilə bağlı sürətli şəkildə qaldığımız yerdən davam edəcəyik. Hazırda bu fəaliyyətimizi dondurmuşuq. Müzakirələrin nəticəsi olaraq ilkin hədəf İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması və bunun qarşılığında ölkəmizə qarşı sanksiyaların ləğvidir».

Strateq.az