Mühafizəkarlar Partiyasının lideri Tereza Mey lideri rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edib.
APA-nın BBC-yə istinadən məlumatına görə, bununla əlaqədar Böyük Britaniyanın kraliçası II Yelizaveta fərman imzalayıb.
I Yelizaveta T.Meyə yeni hökuməti formalaşdırmağı tapşırıb. Gözlənilir ki, artıq bu axşam yeni nazirlərin adları bəlli olacaq. Qeyd edək ki, Tereza Mey II Yelizavetanın krallığı dövründə sayca 13-cü baş naziridir.