XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

14 İyul 2016 - 01:28

Pentaqondan açıqlama:"İŞİD-in Əfqanıstan və Pakistan üzrə lideri öldürülüb"

kuk

ABŞ Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının Əfqanıstan və Pakistandakı lideri Ömər Xəlifə məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib.

Onun sözlərinə görə, hava zərbəsi Nanqarxar əyalətində endirilib.

“Ömər Xəlifə ilə birgə “İŞİD-Xorasan” qruplaşmasının 4 üzvü də məhv edilib. Öldürülən şəxs Pakistanda bir sıra terror aktlarının təşkilatçısı olub. O, 2016-cı ildə Baça-Xan şəhərində universitetə, 2015-cı ildə Badaber şəhərində hərbi bazaya, 2014-cü ildə isə Peşəvər şəhərində məktəbə edilən  hücumlara bilavasitə rəhbərlik edib”, – deyə P.Kuk bildirib.