Misir polisi bu gün həyata keçirdiyi əməliyyatla terrorçuları belə, kölgədə qoyub.
Strateq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Qahirədə bir evə basqın edən polislər 9 nəfəri qətlə yetiriblər. Qətlə yetirilənlərin “İxvan” təşkilatının orta səviyyəli liderləri olduqları bildirilir.
Polislər öz qanlı əməllərini “ixvan”çıların silahlı olmaları və müqavimət göstərmələriylə izah ediblər. Mərhumların ailələri isə iddianı yalanlayırlar. 9 insanın silahlı müqavimət sırasında öldürüldüyü halda polislərdən heç birinin burnunun qanamaması da verilən rəsmi izaha şübhələri artırır.
Qətlə yetirilənlər arasında təşkilatın ən tanınmış vəkili və sabiq deputat Nəsir əl-Xəfi də var.
Strateq.az