XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 12:10

Rusiya yeni ballistik raket hazırlayır –ABŞ-ın Xirosimaya atdığı bombadan 100 dəfə güclüdür

raket-deniz

Rusiya yeni nəsil ballistik raket hazırlayır.

Bu barədə akademik V.P.Makeyev adına Rusiya Dövlət Raket Mərkəzinin baş direktoru Vladimir Deqtyar xəbər verib.

Onun sözlərinə görə, rusiyalı alimlər yeni ballistik raket hazırlamağı planlaşdırır və bu yöndə artıq işlərə başlanıb. Yaradılacaq yeni raket komplekslərinin "Bulava" strateji raketini əvəz edəcək. Yeni ballistik raketlər həmçinin "Xaski" beşinci nəsil sualtı gəmiləri üçün nəzərdə tutulub. Mərkəz artıq yeni raketin yaradılması və eksperimental dizayn işin keçirilməsinə üçün Müdafiə Nazirliyindən razılıq alıb.

"Hazırda biz Müdafiə Nazirliyiylə bir neçə müqavilə yerinə yetiririk, yeni perspektivli maşın üzrə eksperimental dizayn işləri və digər məsələlərlə bağlı aparılır", – deyə, Deqtyar qeyd edib.

Yeni raketin “Bulava”dan bir neçə dəfə güclü olacağı bildirilir.

Məlumata görə, Ukrayna böhranı səbəbindən ABŞ başda olmaqla Qərb ölkələrin təzyiqləri ilə üz-üzə qalan Rusiya hərbi potensialını nümayiş etdirməyə başlayıb. "Bulava" adlı raketin son sınağı 2014-cü ildə Rusiyanın şimal-qərbində yerləşən Ağ dənizdə keçirilib. Çox sayda döyüş başlığı daşıma xüsusiyyətinə sahib "Bulava" raketinin Ağ dənizdə olan "Vladimir Manomah" adlı atom sualtı qayığından atılıb. 

Nüvə başlıqılı raketin sınağı sualtı döyüş sistemlərinin idarəsinin proqramı çərçivəsində həyata keçirilib. "Bulava" adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasından 100 dəfə güclüdür. 

ANS