XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 05:14

Berluskoni yenə də sudan quru çıxdı

Son 20 ildə ona qarşı 80-ə yaxın cinayət işi qaldırılıb

Картинки по запросу берлускони и карима ал маруг

İtaliya Ali Məhkəməsi keçmiş baş nazir Silvio Berluskoniyə “Rubi işi” üzrə bəraət hökmünü təsdiq edib.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Berluskoni həddi-buluğa çatmamış fahişələrlə əlaqədə ittiham olunurdu. Bu işdə əsas sima “Rubi” ayamalı mərakeşli rəqqasə Kərimə əl-Maruqdur. Milan məhkəməsinin hökmü ilə 2013-cü ilin iyununda Berluskoni 7 il azadlıqdan məhrum edilmişdi. Hökmə görə, Berluskoni 2010-cu ilin fevralından mayına qədər o zaman 18 yaşı tamam olmamış Maruqla cinsi əlaqədə olub.

ötən ilin iyununda apellyasiya məhkəməsi Berluskoniyə bəraət vermiş və qərarını bununla izah etmişdi ki, siyasətçi rəqqasənin yaşından xəbərsizmiş.

Qeyd edək ki, son 20 ildə Berluskoniyə qarşı 80-ə yaxın cinayət işi qaldırılıb. Siyasətçi mafiya ilə əlaqədə, korrupsiyada və seksual qalmaqallarda iştirakına görə ittiham olunub. Ona qarşı bütün ittihamlar ya vaxtı keçdiyinə görə geri götürülüb, ya da apellyasiya məhkəməsində sudan quru çıxıb.