Xamenei: “Amerika siyasi sistemində siyasi etik səviyyə aşağı düşüb”
İranın baş ayətullahı Əli Xamenei Amerika senatorlarının nüvə proqramı üzrə açıq məktubunu tənqid edib.
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, ali dini rəhbər bu məktubun “Amerika siyasi sistemində siyasi etik səviyyənin aşağı düşməsindən” xəbər verdiyini deyib.
Xamenei gileylənib ki, “Hər dəfə artıq üfüqdə danışıqlaırn uğuru görünərkən digər tərəfin, xüsusən də amerikalıların tonu sərt və kobud olur”.
Onun fikrincə, Amerika hökuməti yalan və satqınlığa meyllidir.
Qeyd edək ki, əvvəllər Ağ Ev də senatorların məktubunu qınamışdı. 47 senatorun imzaladığı məktubda bildirilirdi ki, nüvə proqramı üzrə istənilən razılaşma ancaq Obama hakimiyyətədə qalana qədər qüvvədə olacaq.