“Xəzər dənizi regionunda davamlı sülh və təhlükəsizlik regional hökumətlər və xalqlar üçün çox vacibdir”.
Bunu Astana Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra Məhəmməd Cavad Zərif bildirib.
O, ölkəsinin Xəzərin statusu ilə bağlı mövqeyini açıqlayıb.
İran XİN-in rəhbəri qeyd edib ki, əsas məsələ hövzənin təhlükəsizliyidir: “Şəffaflıq, dənizdən dinc məqsədlər üçün istifadə və silahlanma yarışının qarşısını almaqla regionda sülhü və sabitliyi təmin edəcək”(Mia.az).