ABŞ Nümayəndələr Palatasının xarici işlər üzrə Komitəsi Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
"Komitə Ukraynada sabitlik və demokratiya haqqında qanun layihəsi qəbul edib. Sənəd Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılmasını və demokratik islahatların keçirilməsində Ukraynaya yardım göstərilməsini nəzərdə tutur”, – deyə məlumatda qeyd olunur. (APA)