Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.
Bu barədə RİA Novosti Fransanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Fransanın Nitsa şəhərində terror aktı törədilib. Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb və onlara atəş açıblar.