XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 11:12

Ernest:“ABŞ Rusiya ilə birgə əməliyyat keçirməyəcək”

FILE - MAY 30, 2014: White House Deputy Press Secretary Josh Earnest will succeed outgoing White House Press Secretary Jay Carney in an announcement by U.S. President Barack Obama May 30, 2014. WASHINGTON, DC - AUGUST 29:  White House Principal Deputy Press Secretary Josh Earnest answers questions during the daily media briefing in the Brady Press Briefing Room at the White House August 29, 2013 in Washington, DC. Earnest fielded questions from reporters about the Obama Administration's stance and response to the alleged use of chemical weapons in Syria. (Photo by Chip Somodevilla/Getty Images) 

“ABŞ Rusiya ilə hazırda Suriyada hər hansı bir hərbi əməliyyat keçirmir”.

Strateq.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Coş Ernest bildirib.

Sözçü gündəlik mətbuat brifinqində iki ölkənin Suriyada hərbi əməliyyat keşirilməsiylə bağlı razılığa gəldiyinə dair xəbərləri gördüklərini vurğulayaraq deyib: "Bir razılaşma əldə olunacağına dair bəzi fərziyyələr olduğundan xəbərim var. Ancaq bunun reallaşacağı məlum deyil”.

Ernest Rusiyanın Suriyadakı nüfuzundan istifadə məsələsinin ciddi müzakirələr tələb etdiyini də dilə gətirərək, vurğulayıb: "Rusiya Əsəd rejimini dəstəkləmək, yoxsa radikalları təqib etmək istədiyinə qərar vermək məcburiyyətindədirlər. Bizə görə, bunların hər ikisi səhvdir”.

Qeyd edək ki, ABŞ rəsmisi “Washington Post” qəzetində bu gün dərc oluan sənədi şərh edərkən bunları bildirib. Sənədə görə, ABŞ rəhbərliyi Suriyada beş ildir davam edən vətəndaş müharibəsinin həlli üçün Rusiyaya bir təklif göndərib. Suriyada ortaq hədəflərin bombalanmasını nəzərdə tutan təklif birgə hərbi qərargahlar yaradılması və müştərək hərəkata başlamaq ideyasını ehtiva edir. Guya, ortaq qərargah İordaniyanın paytaxtı Ammanda qurulacaqmış.

Sənəddə həmçinin Suriyada İŞİD və əl-Nusra hədəflərinin hava əməliyyatlarıyla vurulacağı qeyd olunur.