Fransanın Nitsa şəhərində baş vermiş terrorda ölənlərin 12-si uşaqdır.
Strateq.az RBK-ya istinadən bildirir ki, bu rəqəmi Nitsa şəhər bələdiyyəsinin sədri Kristian Estrasi açıqlayıb.
Terror aktı nəticəsində ölənlərin sayı 84 nəfər, yaralıların sayı isə 100 nəfərdir. Yaralılardan 18-nin durumu ağırdır.