Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.
S. Lavrov görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin həlli və iki ölkə arasındakı münasibətlərə dair məsələlərin müzakirə olunacağını bildirib. (APA)
Görüşdən sonra S. Lavrov və C. Kerri birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, bir gün öncə ABŞ dövlət katibini prezident Vladimir Putin qəbul edib.