Fransa prezidenti Fransua Olland dünən terror aktının baş verdiyi Nitsa şəhərində səfər edib.
TASS-ın məlumatına görə, şəhərə gələn Ollandın təhlükəsizlik qüvvələri ilə müşavirə keçirəcəyi gözlənilir. Prezidentlə birgə baş nazir Manuel Vals və daxili işlər naziri Bernar Kaznev də Nitsaya gedib.
Qeyd edək ki, iyulun 14-də, gecə saatlarında yüksək sürətlə hərəkət edən yük avtomobili milli bayram münasibətilə təşkil olunan atəşfəşanlığı izləyən kütlənin içərisinə daxil olub. Nəticədə 84 nəfər ölüb, 100 nəfər yaralanıb.