Strateq.az xarici mətbuata əsasən xəbər verir ki, Fransa baş naziri Manuel Vals Nitsa şəhərində baş verən terrorla əlaqədar açıqlamasında, “Fransa terrorla yaşamalı olacaq”– ifadəsini işlədib. O bəyan edib ki, Fransa terrorla yaşamalı olsa da, biz terrora əsla boyun əyməyəcəyik,14 iyulun əsas qayəsi Fransa dəyərləri ətrafında toplanmaqdır.