Strateq.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə bayrağı Fransanın Nitsa şəhərində baş verən qanlı terror hadisəsi ilə əlaqədar bu gün yarıya endiriləcək. Türkiyə baş naziri Binali Yıldırım canlı yayımdakı açıqlamasında,” Terror hadisəsi səbəbi ilə Fransa xalqının kədərini paylaşırıq,türk milləti olaraq Fransa xalqının və hökumətinin yanındayıq. Terrorla mübarizədə Fransa xalqına hər cür kömək və dəstəyə hazırıq”– ifadələrini işlətdi.