XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2015 - 06:21

Kemeron da Qələbə paradına gəlməyəcək

“Paradda bir başqasının iştirak edəcəyi barədə düşünülür”

Картинки по запросу devid kemeron

Böyük Britaniyanın baş naziri Devid Kemeron Moskvada Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş təntənəyə qatılmayacaq. Strateq.az xarici KİV-ə isnadən bildirir ki, baş nazirin təmsilçisi təntənəli tədbirlərdə baş nazirin deyil, bir başqasının iştirak edəcəyi barədə düşünüldüyü və bu haqda vaxtında məlumat veriləcəyini söyləyib.

Britaniya KİV yazır ki, baş nazirin planları haqda bu qədər erkən bildiriş son dərəcə qeyri-tipikdir.

Qeyd edək ki, Moskva Böyük Vətən Müharibəsindəki qələbənin şərəfinə Qızıl Meydanda keçiriləcək paradda iştirak etmək üçün dünyanın bir sıra liderlərinə əvvəlcədən dəvətnamə göndərib. RİA-nın yazdığı kimi, Polşa, Litva, Latviya, Estoniya və ABŞ prezidentləri, AFR kansleri Angela Merkel artıq bu dəvətdən imtina ediblər.