XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 March 2015 - 06:42

Məşhur jurnalistin qardaşının meyidi öz mənzilində tapıldı

Mərhum: “Bizdə kimi istəsələr və harada istəsələr, öldürə bilərlər”

Картинки по запросу труп в квартире

Məşhur jurnalist və teleaprıcı Otar Kuşanaşvilinin qardaşı Romaninin meydi dünən axşam öz mənzilində aşkarlanıb.

Strateq.az Rusiya KİV-ə isnadən bildiri ki, mərhumun cəsədində inyə izləri qeydə alınıb. İstintaq ilkin versiya kimi narkotiklərdən ifrat dərəcədə istfadənin ölümə səbəb olduğu versiyasını əsas götürür.

Lakin rus mətbuatı yazır ki, Romani Kuşanaşvili öz bloqunda Boris Nemtsovun qətlinə çox kəskin şəkildə reaksiya verib: “Ayıbdır və dəhşətlidir: bizdə kimi istəsələr və harada istəsələr, öldürə bilərlər” .

Mərhumun mülki arvadı İrina “narkotik versiyası”na şübhəylə yanaşdığını bildirib: “Biz 1989-cu ildən bir yerdəyik və əminəm ki, Romani heç vaxt narkotikdən istifadə etməyib”.