XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

16 İyul 2016 - 18:55

Almaniyanın daxili işlər naziri:"Müsəlmanlardan ucdantutma şübhələnmək böyük yanlışlıq olardı”

Almaniyanın daxili işlər naziri Tomas de Mezyer Nitsada törədilmiş terror aksiyasından sonra Avropa cəmiyyətini müsəlmanlardan ucdantutma şübhələnməkdən çəkindirib.

Nazir “Bild” qəzetinin 16 iyul tarixli nömrəsində dərc olunan müsahibəsində bildirib ki, qərəzli fikirlər və əsassız ittihamlar ictimai birliyə təhlükə yaradır. Nazir deyib: “Burada doğulub-böyüyən müsəlmanların böyük əksəriyyətini cəmiyyətimizin bir hissəsi kimi qəbul etdiyimiz üçün bu, sadəcə onlara münasibətdə böyük yanlışlıq olardı”.

Bununla bərabər, Tomas de Mezyer qeyd edib ki, bütün dinc müsəlmanlar açıq və mütəşəkkil şəkildə cihadçılardan uzaq durmalıdırlar(azərtac).