XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 11:10

Merkel:"Türkiyədə dövlət çevrilişinə cəhdi ən sərt şəkildə pisləyirəm"

Almaniya Kansleri Angela Merkel Türkiyədə dövlət çevrilişinə göstərilən cəhdi hökuməti adından ən sərt şəkildə pislədiyini bildirib.

Almaniyanın Türkiyədə demokratik və hüquqi dövləti dəstəklədiyini bildirən Kansler xalqın iradəsinin ifadəsinə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, Türkiyənin xalq tərəfindən seçilmiş hökumətini və prezidentini zor tətbiq edərək devirmə cəhdini sərt şəkildə qınadığını, hakimiyyət dəyişikliyinin yalnız və yalnız demokratik qaydalara əsasən mümkün ola biləcəyini diqqətə çatdırıb(azərtac).