XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 15:10

Ədliyyə naziri Bəkir Bozdağ:"Qiyamla əlaqədar saxlanılanların sayı 6 mini ötüb"

Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdində iştirak etməkdə təqsirləndirilən şəxslərin həbs olunmaları davam edir. İndiyədək ölkə üzrə həbs olunanların sayı 6 mini ötüb.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ məlumat verib. Nazir qiyamda iştirakı müəyyən edilən şəxslərin ədalət mühakimə cəlb olunacağını vurğulayıb. Bildirilib ki, bu şəxslərlə bağlı məhkəmə prosesi Türkiyə tarixində ən böyük məhkəmə işlərindən biri olacaq.

Qeyd edək ki, təkcə İstanbulda 2300 nəfər cinayət məsuliyyətinə cəlb olunub.