XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2016 - 14:44

Baş nazirin müavini:"Çevriliş cəhdi Türkiyə iqtisadiyyatına təsir göstərməyəcək"

Türkiyə hərbi çevriliş cəhdinin qarşısı alınandan sonra daha da güclənib və ölkənin makroiqtisadi əsasları üçün heç bir təhdid yoxdur.

Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək “Tvitter”dəki hesabında yazıb.

O qeyd edib: “Bu gün mən bizim mühüm investorlarımızla tele-konfrans keçirəcəyəm. Ölkə normal həyata qayıdır. Bizim sağlam makroiqtisadi əsaslarımız var. Biz bütün zəruri addımları atırıq, biz xalqımızın dəstəyi ilə daha da güclü olduq.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.