XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 July 2015 - 16:38

Səudiyyə şahzadəsi Gürcüstana 300 min ayırdı

Səudiyyə şahzadəsi Əl-Valid ibn Talal Gürcüstanda baş verən son təbii fəlakətdən zərər çəkənlərə 300 min dollar yardım ayırıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şahzadə Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə məktub göndərərək baş verənlərdən təəssüfləndiyini bildirib:

«Biz hadisələrin gedişini diqqətlə izləyirik. Gürcü xalqına kədərimizi çatdırırıq. çətin günlərdə dostlar həmişə bir yerdə olmalıdır».

Talal onu da bildirib ki, rəhbərlik etdiyi «Alwaleed Philanthropies» fondu fəlakətin nəticələrinin aradan qaldırılmasına da dəstək verə bilər.

Xatırladaq ki, iyunun 14-də Gürcüstanın paytaxtı təbii fəlakətə təslim olub. Gecə saatlarından başlayan güclü yağıntı və şiddətli fırtınanın yaratdığı daşqın Tiflisin əsas küçə və meydanlarını suya qərq edib. Fəlakət nəticəsində 19 nəfər həyatını itirib, 300-ə yaxın ailə evsiz qalıb, bir çox insan təhlükəsizlik baxımından yaşadığı yeri tərk edib. 100-dən çox şəxsi mülk, əksər binaların birinci mərtəbələri və zirzəmiləri, həmçinin paytaxtdakı yeraltı keçidlər su altında qalıb.