XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 March 2015 - 07:10

Polşa ümummilli hərbi təlimlər keçirəcək

“Moskva Şərqi Avropanın qalan hissəsinə də iddalı ola bilər”

Картинки по запросу польская армия

Polşa Ukraynadakı böhranla bağlı öz müdafiə potensialının stress-testini keçirəcək.

Strateq.az Rusiya KİV-ə əsasən bildirir ki, bütün ölkə üzrə keçiriləcək hərbi təlimlərə hökumət, bölgə strukturları və hərbçilər qatılacaq. Polaş prezidentinin təmsilçisi bildirib ki, Polşa Rusiyanın Krımı işğal etməsi və separatçılara dəstəyindən sonra Moskvanın Şərqi Avropanın qalan hissəsinə də iddalı olacağından ehtiyat edir.

Polşa həmçinin öz ordusunun modernləşdirilməsi proqramını sürətləndirir. Proqramın dəyəri 33 milyard dollardır.

Polşanın müdafiə naziri Tomaş Semonyak deyib ki, onun hökuməti ABŞ-dan və ya başqa bir ölkədən qanadlı Tomahawk raketləri almaq ümidindədir.

Hərbi təlimlər bu ilin ikinci yarısında başlanacaq.