XƏBƏR LENTİ

09 Aprel 2020
08 Aprel 2020

Digər Xəbərlər

18 İyul 2016 - 13:31

Ermənistandakı gərginliyin Qarabağla bağlı duruma təsiri –Rus politoloqdan açıqlama

markov-politoloq

"Yerevandakı hadisələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kompromis imkanlarını azaldacaq".

Bu sözləri rusiyalı politoloq Sergey Markov müxalif qüvvənin Yerevanda polis məntəqəsini ələ keçirməsini şərh edərkən deyib.

O əlavə edib ki, olaylar Serj Sarksiyanın prezident postundan mümkün uzaqlaşdırılması ilə qorxusunu əhəmiyyətli dərəcədə artıracaq.

"Baş verənlər iki şeydən xəbər verir. Birincisi, Ermənistanın hazırkı prezidenti Serj Sarksiyanla bağlı geniş narazılıq, o cümlədən onu prezident postundan salmaq niyyətində olan təşkilatlanmış qruplar var. 

İkincisi, Ermənistan siyasətində zorakılıq səviyyəsi çox yüksəkdir. Əvvəllər də buna bənzər faktlar olub. Ermənistan maliyyə naziri Levon Barxudaryanın tribunada çıxışı zamanı terrorçuların içəri daxil olub Ermənistan parlamentini, oraya toplaşan deputatları atəşə tutulmasını xatırlamaq kifayətdir. Başqa sözlə, Ermənistanda siyasi sferada zorakılıq səviyyəsi çox yüksəkdir", – deyə politoloq bildirib(Report).