XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2015 - 10:15

BBC Kameronun təklifini rədd etdi – İŞİD-lə bağlı

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl BBC-də bir verilişə qonaq olan Britaniya baş naziri Devid Kameron aparıcının İŞİD-i «İslam Dövləti» kimi təqdim etməsinə irad bildirmişdi.

Kameron hesab edir ki, bu qorxunc və barbar rejimin İslam dini ilə heç bir əlaqəsi yoxdur və onu «İslam Dövləti» adlandırmaq müsəlmanları təhqir etməkdir. Baş nazir bildirmişdi ki, radio bundan sonra «İslam Dövləti» yox, yalnız İŞİD ifadəsini işlətməlidir.

Kameronun bu təklifinin ardınca Britaniya parlamentindən 120 millət vəkili BBC-yə məktubla müraciət edərək radionu «İslam Dövləti» ifadəsindən istifadə etməməməyə çağırmışdı. Deputatlar hesab edir ki, bu ifadəni işlətmək radikal islamçılara etibar qazandırmış olur.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, BBC baş nazirin və millət vəkillərinin bu çağırışını rədd edib. BBC-nin baş direktoru Toni Xoll bildirib ki, hər hansı qruplaşma və ya təşkilat özünü necə təqdim edirsə, rəhbərlik etdiyi media qurumu da onu o cür adlandırır: “«İslam Dövləti» ifadəsini işlətməyin belə bir dövlətin var olduğu anlamına gəldiyinin fərqindəyik. Və bunun çaşdırıcı olduğunu da bilirik. Biz də bundan sonra «Sözdə İslam Dövləti» ifadəsini işlədərik”.