XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2015 - 11:59

NATO baş katibi: “Rusiya Ukrayna, Gürcüstan və Moldovaya güc tətbiq etməyə hazırlaşır”

NATO baş katibi: “Rusiya Ukrayna, Gürcüstan və Moldovaya güc tətbiq etməyə hazırlaşır”

2014-cü ilin yazında Krımı ilhaq edən və Donbasda hərbi işğalı genişləndirən Rusiya Ukraynanın şərqindəki terrorçuları müasir silahlarla, hava hücumundan müdafiə vasitələri ilə təchiz eləməkdə davam edir. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq alman telekanalına müsahibəsində bildirib.

“Bizim etdiklərimizi hamısı müdafiə xarakterlidir. Biz müttəfiqlərimizi qoruyuruq. özünü aqressiv aparan isə Rusiyadır. Krımın ilhaqı – aqressiv davranışdır. Rusiya sərhədləri dəyişdirmək və Ukraynanı qarışdırmaq üçün gücdən istifadə edir” – qeyd edib alyans rəhbəri.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə yanaşı Gürcüstan və Moldovaya da güc tətbiq eləməyə hazırdır. “Moskva üstəlik, özünün müdafiə strategiyasının tərkib hissəsi kimi nüvə silahını yada salır” – bildirib Stoltenberq.