Rusiya və Qərb “soyuq müharibə” şəraitində deyil.
Strateq.az bildirir ki, bu sözləri “Deutsche Welle”ə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Biz yeni soyuq müharibə dövründə deyilik. O zaman Varşava Müqaviləsi və NATO mövcud idi. Bu, iki ideologiyanın toqquşduğu qlobal münaqişə idi”, – deyə o, vurğulayıb.
Stoltenberq qeyd edib ki, situasiyanı dramatikləşdirmək lazım deyil: “Təhlükə barədə deyilənləri şişirtmək lazım deyil. Biz hər hansı təhlükə görmürük. NATO bütün zamanların ən güclü müdafiə ittifaqıdır. Biz eyni zamanda öz qüvvəsinə əmin olan və beynəlxalq hüququ pozan Rusiya ilə üz-üzəyik”.
Stoltenberq bildirib ki, NATO yeni təhlükələrlə üzləşib: “Bu İŞİD, Iraqda, Suriyada, Şimali Afrikada olan zorakılıq və münaqişələrdir”.