XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2015 - 12:23

Barak Obamanın qızı serial çəkir

obama aile.jpg

ABŞ prezidenti Barak Obamanın qızı Malia HBO telekanalında yayımlanacaq “Qızlar” (Girls) serialının çəkilişlərində assistent kimi iştirak edib.

TMZ bildirir ki, 16 yaşlı Malia bu layihədə staj toplayır.

Bu, Malianın televiziyada ilk işi deyil. 2014-cü ilin yayında o başqa bir filmin, CBS telekanalında yayımlanan elmi-fantastik “Xaricində” dramının çəkiliş komandasının üzvü olub. (Sputnik)

Amerika liderinin böyük qızı birmənalı şəkildə bildirib ki, əyləncə sənayesində, kino və teleserialların istehsalında işləməyi arzu edir. “Xaricində” serialının çəkilişlərindən sonra o bildirib ki, bu təcrübə onun həyatındakı ən böyük həyəcan olub.

“Qızlar” serialı HBO-da 2012-ci ilədən yayımlanır. Hazırda bu telelayihənin 5-ci sezon çəkilişləri gedir. Film yaşı 20-ni keçməmiş, yaradıcılıq həvəsində olan dörd Nyu-Yorklu qızın həyatından bəhs edir.Serial onun yaradıcısı, 29 yaşlı rejissor və aktrisa Lena Danhemin bioqrafiyası əsasında çəkilir. Danhem özü də serialda baş rolu oynayır.

“Qızlar” indiyədək “Qızıl qlobus”, “Emmi”, həmçinin ABŞ Kinorejissorlar Gildiyasının, Amerika Quruluşçu-rəssamlar Gildiyasının və Britaniya teleakademiyasının mükafatlarını alıb.

Barak və Mişel Obama 1992-ci ildə ailə qurublar. Onların iki qızı var. İyulun 4-də Maliya Ennin 17 yaşı, Nataşanınsa 14 yaşı tamam olacaq. 2016-cı ildə Obamanın gələcək həyat yoldaşı ilə ilk tanışlığından bəhs edəcək “Sautsayd səninlədir” filmi ekranlara çıxacaq.