XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2015 - 16:25

«Wikileaks»: ABŞ uzun müddət Braziliyada casusluq edib

Qalmaqallı «Wikileaks» saytı ABŞ-ın ayrı-ayrı ölkələrdəki casusluq fəaliyyətinə dair növbəti məlumat yayıb.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sayt ABŞ Milli Təhlükəsizlik Agentliyinin uzun müddət Braziliyada hökumət üzvlərini izlədiyini iddia edib: “İzlənilən braziliyalı məmurların sayı 29 olub. Onların əksəriyyəti maliyyəçilər, bankirlər və iqtisadçılardır”.

Xatırladaq ki, iki il əvvəl Amerika kəşfiyyatı tərəfindən telefonunun dinlənildiyini, elektron yazışmalarının izlənildiyini öyrənən Braziliya prezidenti Dilma Rusef həmin vaxt Vaşinqtona səfərini təxirə salmışdı. ötən həftə isə ABŞ-a rəsmi səfəri zamanı Rusef bəyan etdi ki, məlum casusluq qalmaqalı keçmişdə qalmış məsələdir.