XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2015 - 17:12

Yunan nazir: “Qərb maliyyə sistemi terrorizmlə məşğuldur”

“Avropa Komissiyası, Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı Yunanıstana qarşı terror həyata keçirir”. Bunu Yunanıstanın Maliyyə naziri Tanis Varoufakis bildirib.

İspaniyanın “El Mundo” qəzetinə müsahibə verən nazirin fikrincə, “troyka” adlandırdığı bu qurumların basqıları nəticəsində Afina bankları bağlamaq məcburiyyətində qaldı: “Məqsəd insanların qəlbinə qorxu salmaq idi”.

Terrorizmin də əsas məqsədinin qorxu yaymaq olduğuna diqqət çəkən Tanis Varoufakisə görə, “troyka” da mahiyyət etibarilə eyni siyasəti yürüdür.

Strateq.az