XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2015 - 01:27

Türk generallar toplanır – Suriya planı müzakirə ediləcək

Suriya sərhədində gərgin vəziyyətlə bağlı Ankarada ordu generallarının da iştirakı ilə hərbi toplantı keçiriləcək.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, toplantıya Suriya sərhədinə göndərilən bir sıra ordu generalları da dəvət olunub.

Toplantıda baş verə biləcək sərhəd hərəkatı ilə bağlı hazırlıqlar əməliyyata rəhbərlik edəcək generallarla müzakirə olunacaq. 400-dən çox zirehli döyüş maşınının Suriya sərhədini keçmək planları da müzakirə olunacaq məsələlər arasındadır.

Bir neçə ay əvvəl Suriya sərhədində aparılan “Şah” əməliyyatında iştirak edən Şanlıurfa xüsusi təyinatlılarının da əməliyyatda yer alması gözlənilir.