XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 10:44

Texnologiya nəhəngi “Microsoft”un gəlirləri azalıb- Son 7 ildə ilk dəfə

Texnologiya nəhəngi “Microsoft”un illik gəliri 2009-cu ildən bu vaxtadək ilk dəfə azalıb.

Şirkətdən verilən şərhdə 2016-cı maliyyə təqviminin sonuncu rübü olaraq qəbul edilən aprel-iyun aylarında “Microsoft”un gəlirinin ötən illə müqayisədə 8,8 faiz azalaraq 85,3 milyard dollar olduğu bildirilir. Şirkət 2015-ci maliyyə ilində ümumi gəlirinin 93,6 milyard dollar olduğunu açıqlamışdı.

Şirkətin xalis mənfəəti isə 7,7 faiz azalaraq 16,8 milyard dollara geriləyib. “Microsoft” keçən il 18,2 milyard dollar xalis mənfəət əldə edib(azərtac).