Şanxayda 4,5 milyon dollarlıq hidro-təyyarə ilk uçuşu zamanı körpüyə çırpılıb.
Beynəlxalq Çin Radiosu xəbər verir ki, insident şəhərin çimərliklərinin birində baş verib. Göyərtədə olan 4 nəfər xilas edilib. Daha 6 nəfərin xilas olunması üzrə əməliyyatlar davam edir.
Həlak olanlar və ya xəsarət alanlar barədə hələ ki, dəqiq informasiya verilmir. Qəzaya texniki nasazlığın səbəb ola biləcəyi ehtimal edilir(azərtac).