UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
9 matçın qalibi III təsnifat mərhələsinə ilk vəsiqə qazanan komandalar olub.
Növbəti mərhələyə yüksələn Gürcüstanın “Dinamo” (Tbilisi), Avstriyanın “Zalsburq”, İsrailin “Hapoel” (Beer-Şeva), Kiprin APOEL, Belarusun BATE, Danimarkanın “Kopenhagen”, Serbiyanın “Srvena Zvezda”, Polşanın “Legiya” və Bolqarıstanın “Ludoqorets” klublarıdır.
Qalan 8 vəsiqənin taleyinə iyulun 20-də aydınlıq gətiriləcək. Onlardan biri “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi olacaq(azərtac).