XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2015 - 13:23

Yunanıstanın Baş naziri: “Nəticələri gözləyirəm”
Yunanıstanda beynəlxalq maliyyə yardımının ayrılması şərtlərinə dair referendum davam edir.
Səsvermə hüququndan istinadə edən Baş nazir Aleksis çipras bildirib ki, nəticələri nikbinliklə gözləyir. Onun sözlərinə görə, yunan xalqının rəyi nəzərə alınmaya bilməz.
Qeyd edək ki, hakim Syriza partiyası beynəlxalq kreditorların yardım paketi şərtlərinin Yunanıstan üçün alçaldıcı olduğunu bəyan edib.
Hökümət əhalini referendumda “yox” deməyə çağırıb, lakin opponentlər xəbərdalıq edir ki, bu halda Yunanıstanın Avrozonanı tərk etməli olacaq.
Yunanıstanın Maliyyə naziri Yanis Varoufakis referendumdan bir gün öncə avropa kreditorlarını “terrorçuluqda” ittiham edib. Səsvermənin ilk nəticələrinin bu gün axşam bilinəcəyi gözlənilir./azvision.az/