XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyul 2016 - 14:17

Keçmiş baş nazirmüttəhimlər kürsüsündə

Çex Respublikasının Prokurorluğu ölkənin sabiq baş naziri Petr Neçası və onun xanımı Yana Neçasovanı (əvvəllər Nadyova) Vətəndaş Demokrat Partiyasından olan üç keçmiş deputatın parlamentdəki mandatlarından imtina edərək, Petr Neças hökumətinin hakimiyyətdə qalmasını təmin etmələri müqabilində sərfəli vəzifələr tutmaları barəsində işdə əli olmaqda ittiham edir.

Keçmiş hökumət başçısının xanımı bir sıra bahalı hədiyyələrə görə vergi ödəməməkdə də ittiham olunur. İttihamnaməyə görə, Yana Neçasova ona verilən və mütəxəssislər tərəfindən 10 milyon kron civarında (370 min avro) qiymətləndirilən hədiyyələrə görə 700 min kron (26 min avro) məbləğində vergi ödəməli idi(azərtac).