XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 14:47

Türkiyə Milli Təhlükəsizlik Şurasınıniclası başlayıb

İyulun 20-də Türkiyədə Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başlayıb.

İclasda iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonrakı vəziyyət müzakirə edilir və bu istiqamətdə mühüm qərarlar qəbul olunacaq.

İclasda MGK-nın üzvləri – Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Silahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akar, Baş nazirin müavinləri, ədliyyə, milli müdafiə, daxili işlər, xarici işlər nazirləri, Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava və Jandarma Qüvvələrinin komandirləri iştirak edirlər.

MGK-nın iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumət üzvlərinin toplantısı da keçiriləcək.

Qeyd edək ki, qiyamla əlaqədar Türkiyə Böyük Millət Məclisi baş katibinin müavinləri – Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci vəzifələrindən uzaqlaşdırılıb. Ümumilikdə 118 general və admiral saxlanılıb, 31 hakim və prokuror barədə məhkəmə nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul olunub. Həmçinin 86 hakim və prokurorun işi üzrə aparılan təhqiqatla əlaqədar daha 39 nəfərin həbsi ilə bağlı məhkəməyə müraciət edilib.

Dövlət çevrilişinə cəhdlə əlaqədar aparılan istintaq çərçivəsində əlavə 788 şübhəli barədə həbs qərarı verilib. Qiyamdan sonra müxtəlif nazirliklər, dövlət və özəl qurumlarda vəzifəsindən və işindən kənarlaşdırılan şəxslərin sayı 50 minə çatıb.

Polisin Türkiyə Nazirlər Kabinetinin binasında həyata keçirdiyi əməliyyat nəticəsində son vaxtlar “Twitter”də bir sıra məxfi məlumatların açıqlandığı “Fuat Avni” adlı hesabın işlədilməsində ittiham edilən 10 nəfər saxlanılıb(azərtac).