XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 16:53

Avropol:"Aİ-də ötən il törədilən terror aktlarının sayı baxımından rekord vurulub"

avro polis 33

Avropa İttifaqında (Aİ) ötən il rekord sayda terror hücumu planlaşdırılıb, həyata keçirilib və onun qarşısı alınıb.

 Bu barədə Aİ-nin polis xidmətinin (Avropol) hesabatında deyilir.

Qurumun məlumatına görə, ittifaq ölkələrində ümumilikdə 211 hücum qeydə alınıb. Bu, illik hesabatın verildiyi 2006-cı ildən bəri ən yüksək göstəiricidir.

Ötən il Avropa İttifaqının 6 ölkəsində – Danimarka, Fransa, Yunanıstan, İtaliya, İspaniya və Böyük Britaniyada hücumlar hazırlanıb, həyata keçirilib və ya onların qarşısı alınıb.

Ən çox hücum – 103 dəfə Böyük Britaniyada qeydə alınıb. Fransada 72, İspaniyada isə 25 terror hücumu baş verib.

Hesabatda bildirilir ki, hücumlar nəticəsində ötən il 151 nəfər həlak olub, 360-dan çox insan yaralanıb. (Report)