XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 17:02

Çində qaz kəmərində partlayış:ölənlər var

Çinin Xubey vilayətində qaz kəmərində partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Yerli mətbuat yazır ki, hadisə iyulun 20-də səhər saat 6:20 radələrində ölkənin cənub-qərbindən şərq hissəsinə qaz nəqlini həyata keçirən kəmərin Xubey vilayətindəki Çuyciaba qəsəbəsindən keçən hissəsində baş verib. Partlayışdan sonra güclü yanğın yaranıb. Ölənlər və yaralananlar qəsəbə sakinləridir.

Hazırda kəmərlə qaz nəqli dayandırılıb. Şiddətli yağışların törətdiyi fəsadlar hadisənin nəticələrinin aradan qaldırılmasını çətinləşdirib(azərtac).