XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

20 İyul 2016 - 18:00

​Son 10 ildə Rusiyada463 bank bağlanıb

bank rossi

Rusiya Mərkəzi Bankı (RMB) 2006-2015-ci illərdə 463 kredit təşkilatına bank fəaliyyəti göstərmək üçün verdiyi lisenziyanı ləğv edib. Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, bankların bağlanması xüsusilə 2014-2015-ci illərdə daha geniş vüsət alıb. Bu illərdə müvafiq olaraq 86 və 93 lisenziya ləğv edilib. Halbuki RMB 2013-cü ildə 32, 2011-ci ildə isə cəmi 18 bankı bazardan kənarlaşdırıb.

Bankların lisenziyalarının ləğv edilməsinə səbəb kimi onların çirkli pulların yuyulmasında iştirak etmələrii, ölkə xaricinə qeyri-qanuni pul köçürmələri həyata keçirmələri, eləcə də məcmu kapitalla bağlı tələblərə cavab verməmələri (maliyyə vəziyyətlərinin yaxşı olmamaları) göstərilir.

RMB bəyan edib ki, 2015-ci ildə lisenziyası ləğv edilmiş banklardan 62-nin rəhbərliyi və sahiblərinin fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Bunlardan isə 40-na cinayət işi açılıb.

1 yanvar 2016-cı il tarixinə Rusiyada ləğvetmə prosesində olan bankların sayı 265 olub. Bunlardan 213-ü müflis elan edilib. (Report)