XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 March 2015 - 08:52

Putinin xəstəliyi barədə rəsmi açıqlama

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin xəstə olması barədə deyilənləri təkzib edib.

ANS PRESS-in məlumatına görə, Amerikanın “Associated Press” agentliyinə müsahibəsində Peskov deyib ki, Rusiya prezidentinin sağlamlığı “tam qaydasındadır”.

“Onun sağlamlığı barədə heç bir narahatlıq yoxdur. Tam sağlamdır, o, əvvəlki kimi gərgin qrafiklə işləyir”, – deyə Peskov vurğulayır.

Dünya KİV-ləri bu fikrə Rusiya, Qazaxıstan və Belarus liderlərinin Astanada bu günə təyin edilmiş görüşünün təxirə salınmasından sonra düşüblər. Peskovun sözlərinə görə, görüş bu həftənin sonuna baş tutacaq: “O hərdən kütlə qarşısına tez-tez, hərdən də gec-gec çıxır. Amma bu o demək deyil ki, o, işdən bezib”.