XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 06:36

ATƏT PA-nın yeni baş katibi seçilib

İtaliyadan olan parlamentar Roberto Montella ATƏT Parlament Assambleyasının baş katibi seçilib.

Strateq.az-ın məlumata görə, seçki iyulun 5-də ATƏT PA-nın növbəti sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında gerçəkləşib.

R. Montella bu vəzifənin icrasına 2016-cı ilin 1 yanvar tarixindən başlayacaq. Baş katibin mandatına ATƏT PA-nın işlərini idarə etmək, Büro, Daimi Komitə və Assambleyanın qərarlarını həyata keçirmək və katibliyin Kopenhagen və Vyanadakı ofislərinə nəzarət etmək daxildir.

Hazırda ATƏT PA-da bu vəzifəni Oliver Spenser icra edir.