XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 10:14

Stoltenberq:“Türkiyənin NATO tərkibində qalıb-qalmaması məsələsi gündəmdə deyil”

NATO 876

Son hadisələrə baxmayaraq Türkiyə ordusu, əvvəlki kimi,  güclüdür.

 Bunu Reuters agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Türkiyə qüdrətli orduya, peşəkar silahlı qüvvələrə malikdir. Əminəm ki, Türkiyə NATO-nun sadiq və güclü tərəfdaşı olmaqda davam edəcək. Eyni zamanda güman edirəm ki, rəsmi Ankaranın çevrilişlə bağlı atdığı addımlar mütənasib və NATO dəyərlərinə cavab verəcək”, deyə Y.Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin Alyans tərkibində qalıb-qalmaması məsələsi  gündəmdə deyil: “Türkiyə NATO-nun tərəfdaşı olmaqda davam edir. Bu çox vacibdir. Çünki bu ölkə İraq və Suriya kimi “qaynar nöqtələrin” sərhədində yerləşir”, baş katib əlavə edib.  (APA)