XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 İyul 2016 - 10:35

Tramp ölkədə dövlət çevrilişinə cəhddən sonrakı addımlarına görəƏrdoğanı yüksək qiymətləndirib

trump 0056

 Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkədə dövlət çevrilişinə cəhddən sonrakı addımlarına görə alqışlayıb.

Bu barədə D.Tramp "The New York Times" nəşrinə müsahibəsində bildirib.

"Vəziyyəti kökündən dəyişə bildiyinə görə, onun addımlarını yüksək qiymətləndirirəm. Bəziləri bunun bir oyun olduğunu söyləyir, amma mən belə düşünmürəm", – deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, iyulun 16-na keçən gecə Türkiyədə hərbçilər dövlət çevrilişinə cəhd edib. Hadisə nəticəsində 246 günahsız insan həyatını itirib, 1536 nəfər yaralanıb. (Report)