XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2015 - 09:06

Hillari Klinton: “Putinə qarşı daha ağıllı olmaq lazımdır”

“çin əlinə keçəni sındırır, İran terrorizmin baş sponsorudur”

ABŞ prezidentliyinə namizədlərdən Hillari Klinton çini məxfi kommersiya məlumatları və dövlət sirlərini oğurlamaqda ittiham edib. O deyib ki, çinlilər “ABŞ-da hərəkətdə olan hər şeyi sındırmağa çalışırlar”.

Klinton Nyu-Həmpşirdəki çıxışında bildirib ki, çin müdafiə şirkətlərinin sirlərini, “böyük həcmdə dövlət infiormasiyasını” oğurlayıb.

O deyib ki, dinc çinin inkişafını görmək istəyərdi, lakin ABŞ bu ölkəyə münasibətdə böyük sayıqlıq göstərməlidir: “çinin hərbi qüdrəti sürətlə artır. Onlar bizimlə müqavilələr bağlamış Filippin kimi ölkələri təhdid edirlər”.

Hillari Klinton 2008-ci il prezident seçkiləri mübarizəsində güzəştə getdiyi Barak Obamanın birinci prezidentlik müddətində dövlət katibi vəzifəsini tutub. Amerikalılar çini Amerikanın dövlət xidmətlərindən birinə kiberhücumda ittiham ediblər. çin cavabında bu açıqlamanı “məsuliyyətsizlik” adlandırdı.

Moskva ilə təmaslar

Klinton həmin çıxında qeyd edib ki, ABŞ Putinə münasibətdə daha ağıllı davranmalıdır.

Onun sözlərinə görə, iki ölkənin münasibətlərindəki mövcud bütün problemlərə baxmayaraq, ABŞ Moskva ilə təması kəsməməlidir.

Klinton vurğulayib: “Biz Putinə və onun iddialarına münasibətdə özümüzü necə aparmaqda ağıllı olmalıyıq. O, çətin adamdır. Lakin düşünmürəm ki, Rusiya ilə daimi qarşılıqlı fəaliyyətə alterlativimiz var”.

Klinton əvvəllər – iyunda bildimişdi ki, Rusiya prezidenti Putini dəf etməkdə təcrübəsi var.

İran nüvəsi

Klinton öz çıxışında həmçinin İranın nüvə proqramı ilə bağlı sazişə də toxunub. Onu sözlərinə görə, hətta bu saziş bağlansa da, “Tehranın təcavüzkarlığı yox olmayacaq” və “terrorizmin başlıca sponsoru olaraq qalacaq”.

Klinton bildirib: “Onlar bölgə və onun hüdudlarından kənarda hökumətləri sarsırtmağa davam edəcəklər. “Hizbullah” kimi oyuncaqlarından yararlanmağı davam etdirəcəklər. Həm də İsrailin varlığına təhdid olaraq qalmaqdadırlar”.

Amerika Dövlət Departamentindən bildiriblər ki, beynəlxalq vasitəçilərin “altılığı” İrannın nüvə proqramı üzrə saziş əldə edilməsinə görə əvvəllər iyulun 7-ə qədər təyin edilmiş müddəti uzadıb ki, danışıqlar üçün tərəflərə daha çox vaxt verilsin.

İran ümid edir ki, nəticədə ölkə iqtisadiyyatını uzanan böhrandan çıxartmaq üçün saziş balanacaq.

BBC.com

05.07.2015