XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

06 İyul 2015 - 09:17

Əsir İŞİD-çilərdən şok etiraf: “Bizə ABŞ,Türkiyə və Qətər hərbiçiləri təlim keçir”- FOTO

isid esir.jpg

Suriya ordusu tərəfindən Hələbdə məhv edilmiş terrorçu dəstələrinin əsir düşən üzvləri harada hazırlıq keçdiklərini etiraf ediblər.

Strateq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əsir düşənlər Suriya dövlət televiziyasının efirində etiraf ediblər ki, onlar hərbi hazırlığı Türkiyə ərazisində olan düşərgədə ABŞ, Türkiyə və Qətərdən olan hərbi təlimçilərin rəhbərliyi ilə keçiblər.

Əsir düşən terrorçu Əhməd Mustafa Mastari, Zəkəriyyə Şrak əz-Zeyt, Məhəmməd Akil ifadələrində qeyd ediblər ki, müxtəlif adamlar tərəfindən ələ alınaraq terrorçu dəstəyə cəlb olunublar. Əhməd Mustafa bildirib ki, İdlibdəki Silkin qəsəbəsində olan düşərgədə 4 aylıq təlimdən sonra onu Türkiyəyə göndəriblər. Burada hazırılqdan sonra Hələbə göndərilib və “Səlahəddin” kvaratalındakı blokposta rəhbər təyin olunub. Onun sözlərinə görə, “Az-Zəhra” cəmiyyətinin ofisinə baş tutmamış hucumda iştirak edib və əsir düşüb. Zəkəriyyə Əz-Zeyt isə deyib ki, “At-Tohid” briqadasının üzvü olub. “Əz-Zəhra”ya hucumda iştirak edən 60 nəfərlik dəstə məhv edilib, Zəkəriyyə isə əsir götürülüb.

Digər terrorçu Məhəmməd Akil də etiraf edib ki, Silkin qəsəbəsində olan düşərgədə Türkiyə, ABŞ və Qətər təlimçiləri tərəfindən hazırlıq keçib. Daha sonra Türkiyəyə göndərilib. Suriyaya qayıdan zaman ona 200 dollar mükafat verilib. Suriya ordusu ilə İlk toqquşmada dəstə məhv edilib, o isə əsir götürülüb.

Strateq.az