XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 12:13

Rusiya Dumasının Komissiya sədri:“Ərdoğan NATO-dan çıxmalıdır”

komoyedov

“Ərdoğan NATO-dan çölə atılacağını gözləməməli və özü bu təşkilatdan çıxaraq, onun qapısını möhkəm çırpmalıdır”.

Strateq.az bildirir ki, bu sözləri “İnterfax”a açıqlamasında Rusiya Dumasının Müdafiə Komissiyasının sədri admiral Vladimir Komoyedov deyib.

Rusiya Dumasının Müdafiə Komissiyasının sədri Ərdoğana xəbərdarlıq edib ki, Avropanın NATO-da qalmaq üzrə istəklərinə tabe olacağı halda, ölkəsinin regional yerinin gücləndirilməsi üzrə tarixi möveyini itirəcək.

Rusiya Dumasının Müdafiə Komissiyasının sədri bir daha Ərdoğana üzünü tutaraq  deyib: “Əgər o, mövcud şəraitə, yəni Avropanın tələblərinə tabe olaraq, ona əməl edərsə, öz ölkəsinin Yaxın Şərqdəki mövqeyini təsbit etmək üzrə tarixi bir fürsəti itirmiş olacaq”.