XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2016 - 13:58

Merkel yeni baş nazirlə görüşdü:London Avropa Birliyi ilə münasibəti davam etdirəcək

merkel mey

Almaniyanın kansleri Angela Merkel Berlində Böyük Britaniyanın yeni baş naziri Tereza Meylə görüşüb.

Strateq.az bildirir ki, İngiltərənin baş naziri  Almaniyanın kansleri ilə birgə mətbuat konfransında vurğulayıb ki, ölkəsi cari il bitməyənə qədər Avropa Birliyndən çıxmaq barədə ərizəni təqdim etməyəcək.

İngiltərənin baş naziri Tereza Mey vurğulayıb ki, İngiltərə öz avropalı dostlarından kənara çəkilmək niyyətində deyil. O, deyib ki, İngiltərə ticarət sahəsində Avropa Birliyi ilə işini davam etdirmək niyyətindədir.

Almaniyanın kansleri Angela Merkel bildirib ki, İngiltərə Avropa Birliyindən çıxmazdan öncə  birliklə nə cür əlaqəyə malik olmaq istədiyini  aydınlaşdırmalıdır.

“İngiltərənin Avropa Birliyi ilə müzakirələrdə şəffaf mövqeyi bütün avropalıların xeyrinədir. Danışıqların məzmunu barədə qərar vermək İngiltərənin üzərinə düşür və bu məsələ aydın olmayan zamanadək danışıqlar başlanmayacaq”.